ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 266 mindən çox yoluxma halı qeydə alınıb, 4033 nəfər vəfat edib.

Unikal.org-un xəbərinə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, pandemiya başlayandan bəri ABŞ-da koronavirusa yoluxanların sayı 21,6 milyonu ötüb.

ABŞ-da COVID-19-dan ölənlərin sayı 365 mindən çoxdur.