Türkiyənin Aydın şəhərində 14 yaşlı yeniyetmə övlad dünyaya gətirib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, valideynləri qızlarının səhhətinin pisləşdiyini görərək onu xəstəxanaya aparıb. Həkimlər yeniyetmə qızın hamilə olduğunu söyləyiblər.  

Beləliklə,  14 yaşlı yeniyetmə körpəsini dünyaya gətirib. Həkimlər körpənin 3 kilo 270 qram olduğu və sağlamlığı barədə məlumat veriblər.  

Yeniyetmə polisə ilk ifadəsində uşağın atasının kim olduğunu deməyib. Onun 17 yaşlı sevgilisi isə sorğu zamanı uşağın atası olduğunu etiraf edib.