Koronavirusa yoluxmuş Ermənistan prezidenti Armen Sarkisyanın vəziyyəti ağırlaşıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Sarkisyanın köməkçisi məlumat verib. O bildirib ki, prezidentin vəziyyəti olduqca ağırdır. Səhhətində geriləmələr müşahidə edilir.

Həkimlər Sarkisyanın sağalacağı təqdirdə də xəstəliyin bəzi əlamətlərinin qalıcı olacağını ehtimal etdiklərini bildiriblər. Hələlik bunların hansı orqanlara aid olacağı bəlli deyil.