Braziliyada helikopter qəzası hadisəsi baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin cənub-şərqindəki Esprito-Santo əyalətinin Vilavelha şəhərində yaşanıb.

Qəza nəticəsində ağaclıq əraziyə düşən helikopter sürətlə yerə çırpılıb. Hadisə nəticəsində helikopterdə olan 2 nəfər həyatını itirib. Həlak olanlar pilot və sərnişinlərdən biridir. Yaralıların olduğu bildirilir. Hazırda qəzanın səbəbləri araşdırılır.