Almaniyada ötən gün ən yüksək həddə koronavirusdan ölüm halı qeydə alınıb.

Unikal.org-un məlumatına görə, ölkədə sutka ərzində 1 188 nəfər virusun qurbanı olub. Bundan əvvəl ən yüksək göstərici dekabrın 30-da qeydə alınmış, həmin gün 1 129 nəfər vəfat etmişdi.

Ötən gün Almaniyada 31 849 yoluxma qeydə alınıb.

Bu günədək ölkədə 1,9 milyona yaxın şəxs koronavirusa yoluxub, 38 795 nəfər ölüb.