İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 7 942 nəfər yoluxub.

Unikal.org-un verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 470 151 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 402 637 nəfəri sağalıb, 3 549 nəfəri isə vəfat edib.