Qarabağ bölgəsində aparılan axtarışlar nəticəsində daha 6 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsədlər Hadrut istiqamətində yolda aşkar edilib. Bu gün axtarış işləri Əsgəran, Hadrut və Cəbrayılda davam edəcək.

Qeyd edək ki, 13 noyabrdan 8 yanvar tarixinədək ümumilikdə 1194 erməninin cəsədi tapılıb.