Ötən gün dünya ictimaiyyətinin gündəmində Donald Tramp tərəfdarlarının ABŞ-da geniş kütləli çıxışları və qarşıdurmaları geniş yer aldı. 

Unikal.org xəbər verir ki,  iğtişaşlar zamanı Tramp tərəfdarlarından biri olan amerikalının geyimi xüsusi diqqət çəkib.  Belə ki, ABŞ Konqresinə basqın edən "buynuzlu adam" kimi tanınan və gündəm olan şəxsin kimliyi açıqlanıb. 

Onun 32 yaşlı Cake Angeli olduğu müəyyənləşdirilib. Sosial media hesabından amerikalının aktyor və müğənni olması da xüsusi diqqət çəkib.