İtaliyada koronavirus qadağalarının tətbiqinə başlanılıb. 

Unikal.org xəbər verir ki,  bununla da ölkə daxilində pərakəndə satış mağazaları bağlanır, restoran və barlar yalnız çatdırılma xidməti edə bilər. Yeni il ziyafətinə ən çox iki yetkinin dəvət edilməsi tövsiyə olunur.

Yeni il ərəfəsi də daxil olmaqla şəhər meydanlarında istənilən formada toplaşmaq qadağandır. “Qırmızı zona” 6 yanvar tarixinədək qüvvədə olacaq.

Qeyd edək ki, yanvarın 7-də əhalinin kütləvi  peyvəndlənməsi kampaniyasına başlanılacaq.