ABŞ Səudiyyə Ərəbistanına 478 milyon dollar dəyərində raket satıb.

Unikal.org xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi dərc edib. Hərbi təyyarələrin havadan quruya zərbələr endirməsi üçün nəzərdə tutulan raketlərin sayı 7 500 ədəd olub. "Paveway IV" adlanan bu raketlər özəl satış yolu ilə ərəb krallığına ixrac edilib.

Qeyd edək ki, ABŞ 2015-ci ildə də Səudiyyə Ərəbistanına eyni raketdən 8 000 ədəd satmışdı.