ABŞ-ın Merilend ştatında Milli Səhiyyə İnstitutunun (NIH) alimləri, lama, alpaka və dəvə kimi heyvanlarda tapılan "nano antikor"ların Covid-19-un müalicəsində istifadə edilə biləcəyini və virusun qarşısını aldığını kəşf ediblər. 

Unikal.org xəbər verir ki, araşdırmanı aparan elm adamları, lama, alpaka və dəvə kimi heyvanlarda tapılan 'NIH-CoVnb-112' antikorunun həm insan antikorlarına nisbətən daha kiçik, həm də 10 qat daha güclü olduğunu və bu baxımdan koronavirusun müalicəsində və xəstəliklərin qarşısının alınmasında təsirli ola biləcəyini bildiriblər.  

Laboratoriya təcrübələri göstərir ki, "Cormac" adlı lamadan alınan nano antikor, Covid-19-a səbəb olan və təsirsiz hala gətirən SARS-CoV-2 zülalına yapışır.

"Ümid edirik ki, bu anti-Covid-19 antikoru (lama nano antikoru) koronavirus epidemiyası ilə mübarizədə yüksək dərəcədə təsirli və çox yönlü ola bilər"-  deyə  tədqiqata rəhbərlik edən qrupun professoru David Brody açıqlamasında qeyd edib.