İctimai Televiziyanın sabiq rəhbəri Cəmil Quliyev koronavirusa yoluxub.

Yaxınlarının Unikal.org-a verdiyi məlumata görə, hazırda tanınmış rejissorun səhhəti pisdir. Onun ürəyində problemi və şəkəri olduğu üçün həyatı təhlükəsi var.

Bir neçə gündür temperaturunun düşmədiyi bilddirilir. Xəstəxanada yer tapa bilməyən C.Quliyev hazırda  ev şəraitində müalicəsini davam etdirir.

Famil Fərhadoğlu