“Vətəndaşlar tərəfindən maskaların taxılması və sosial məsafə qaydalarına əməl edilməlidir. Ölüm hallarının baş verməsi hər birimizi narahat edir”.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O xatırladıb ki, bəzən koronavirusa yoluxmuş şəxslərin küçələrdə gəzməsi halları baş verir:

“Bilərəkdən bunun həyata keçirilməsi digər insanların həyatını təhlükədə qoymaq deməkdir. 2020-ci ildə yaşayış yerini tərk edən 266 koronavirus xəstəsinə cinayət işi açılıb”.