Bu günə olan məlumata görə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 387 yeni yoluxma faktı qeydə alınıb, 3 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Unikal.org xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Son sutkada 38 nəfər “COVID-19”dan vəfat edib.