“Ermənistan elan edilmiş humanitar atəşkəsə baxmayaraq, müharibə cinayətləri törədir. Xocalıda olduğu kimi, qadın, uşaq, qoca və mülki şəxslər demədən qətl törədir”.

Unikal.org  xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın "Twitter" hesabında yazıb.

"Bu qanunsuzluq və qırğınlar qarşılıqsız qalmayacaq, kim nə deyirsə, desin, Türkiyə sona qədər Azərbaycanın yanındadır", - deyə İ.Kalın vurğulayıb.