Əgər Brüssel Moskva ilə qarşılıqlı hörmətə dayanan bir dialoqun lazım olduğunu anlamırsa, Rusiya Avropa Birliyi ilə əlaqəni dayandırmalı olacaq.

Unikal.org xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. Lavrov "AB-nin qəbuledilməz davranışı"na nümunə kimi Navalnı ilə bağlı vəziyyəti nümunə göstərib. Onun sözlərinə görə, AB Xarici Siyasət Şurasının iclasında Rusiyanın "Navalnının başına gələnləri izah etmək şansından istifadə edə bilməməsi" ilə bağlı "didaktik maksimumlar" səsləndirilib.

"Avropa İttifaqının özünü tamamilə yersiz, qəbuledilməz bir şəkildə necə apardığına dair kifayət qədər təfərrüatlar var ki, onlara varmayacağam", - Lavrov deyib və əlavə edib: Rusiya indi mövcud vəziyyətdə AB ilə "ən azı bir biznes" qurmağın mümkün olub-olmadığını anlamaq istəyir.