“Bu il III ixtisas qrupunda cəmi 425 yer qiyabidir, əyani yer 11861-dir”. 

Unikal.org xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayım zamanı bildirib. 

Onun sözlərinə görə, qiyabi ixtisaslarda da müsabiqə vəziyyəti kifayət qədər yüksək olur: “Xüsusən II qrupda müəyyən ixtisaslar üzrə müsabiqə vəziyyəti əyaniyə nisbətən qiyabidə daha yüksək olur”.