Livanın paytaxtı Beyrutun limanının ərazisində cümə axşamı yeni yanğın baş verib.

Unikal.org xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat verib.

Kanal bildirib ki, yanğın dəniz limanı ərazisində yerləşən avtomobil təkərləri və yanacaq-sürtkü materialları anbarında başlayıb.

Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb olunub. 

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında anbarda aparılan qaynaq işləri zamanı 2.7 mindən çox ton ammonium selitrası (ammonium nitrat) partlamışdı. Nəticədə 190 nəfər həlak olmuş, 6,5 min nəfər xəsarət almışdı.