İngiltərənin “Mançester Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Unikal.org xəbər verir ki, portuqaliyalı Bruno Fernandeşin “Mançester Yunayted”ə transferi rəsmiləşdirilib. 25 yaşlı yarımmüdafiəçi ilə 5.5 illik müqavilə imzalanıb.

KİV-in məlumatına görə, İngiltərə klubu transfer üçün “Sportinq”ə 55 milyon avro ödəyib. Hələlik bununla bağlı rəsmi rəqəmlər açıqlanmayıb.