Gürcüstanın baş naziri Giorgi Qaxaria oktyabrın 9-da Azərbaycana rəsmi səfər edəcək.
Unikal.org xəbər verir ki, Azərbaycana səfər G.Qaxarianın baş nazir vəzifəsində ilk xarici səfəri olacaq.
Gürcüstanın hökumət başçısı Azərbaycanda bir sıra görüşlər keçirəcək. Görüşlərdə Gürcüstan-Azərbaycan münasibətləri və ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi ilə bağlı müzakirələr aparılacaq.
Azərbaycandan sonra hökumət başçısının Ermənistan, daha sonra isə Türkiyəyə səfərləri planlaşdırılıb.