Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir. Beşinci yarış günündə yunan-Roma güləşi üzrə yarışa start verilib. 

Unikal.org xəbər verir ki, sərbəst güləşçilərimiz Hacı Əliyev və Ağahüseyn Mustafayevin ardından daha yunan-Roma güləşi üzrə millinin üzvü İslam Abbasov erməni rəqibini Avropa çempionatında məğlub etməyi bacarıb.

İslam Abbasov 1/4 finalda dünya və ötən ilin Avropa çempionu olmuş Maksim Manukyanı 6:1 hesabı ilə məğlub edib.

Həm İslam Abbasov, həm də Eldəniz Əzizli ilə Taleh Məmmədov axşam seansında yarımfinal görüşlərinə çıxacaq.