“Həqiqətən çox böyük qələbədir. Güləşçilərimiz böyük əzmkarlıq və xarakter nümayiş etdirdilər”. 

Unikal.org xəbər verir ki, bunu sərbəst güləş üzrə Avropa çempionatında yığmamızın çıxışını dəyərləndirən Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Firdovsi Umudov deyib. 

O bildirib ki, Buxarestdə 6 medal qazanan komandamız ölkəmizdə idmanın inkişafda olduğunu bir daha sübut edib: “3 il öncə aprel ayında şəhidlər verdik, qazilərimiz oldu. Biz şəhid ailələri ilə görüşəndə söz vermişdik ki, qələbələrimizlə onları sevindirəcəyik. Belə də oldu. 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazandıq, komanda hesabında 3-cü olduq. Bizə qısqanclıqla yanaşan bəzi qüvvələr Azərbaycanda idmanın inkişafda olduğunu bir daha gördü. Hər zaman bizi diqqət mərkəzində saxlayan cənab prezident İlham Əliyevə təşəkkür edirəm. Qələbəmizi həm də 10 milyonuncu vətəndaşımıza həsr edirik”.