Azərbaycanın qadın güləşçisi Elis Manolova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala yüksəlib.

Unikal.org xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda Finlandiya təmsilçisi Petra Ollini məğlub edib. 

Qeyd edək ki, Elis Manolova finalda rumıniyalı Krista İnçe ilə qarşılaşacaq.