Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Unikal.org-un məlumatına görə, ikinci oyun günündə də 2 qarşılaşma baş tutub.

Hollandiya “Ayaks”ı Amsterdamda “Yuventus”u qəbul edib. Görüşə meydan sahibləri daha fəal başlasalar da, İtaliya təmsilçisi fasilə ərəfəsində hesabı açıb. Qonaqların heyətində Kriştianu Ronaldo fərqlənib. 
Meydan sahiblərinin bərabərlik qolu fasilədən sonraya təsadüf edib. David Nereş ikinci hissənin ilk dəqiqəsində azarkeşləri sevindirib.

İngiltərədə “Mançester Yunayted” “Barselona”nı qəbul edib. Bu matçda bir top həlledici olub.

"Qırmızı şeytanlar" erkən qola üzülüb. Lyuk Şounun 12-ci dəqiqədəki avtoqolu İspaniya klubuna üstünlük qazandırıb.