“Səbail” futbol klubunun ev oyunlarını keçirdiyi “Bayıl Arena”nın adı dəyişdirilib.

Unikal.org kluba istinadən verdiyi məlumata görə, stadion fəaliyyətini bundan sonra “ASCO Arena” adı ilə davam etdirəcək.

Bununla bağlı “Səbail”, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) arasında müvafiq razılıq əldə olunub.

Razılaşma ilkin olaraq iki il müddəti əhatə edəcək.