Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid vəzifələr üzrə fevralın 17-də keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat davam edir.
DİM-dən Unikal.org-a verilən məlumata görə, fevralın 5-nə olan məlumata görə, 746 nəfər qeydiyyatdan keçib. 

İmtahan iştirakçıların sayından asılı olaraq kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahan kompüter vasitəsilə aparılacağı təqdirdə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. Kağız daşıyıcılar vasitəsilə aparılacağı təqdirdə isə imtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək. 

Xatırladaq ki, qeydiyyat fevralın 10-da başa çatacaq.