Ağdaş rayonunda ağdaşlı gənclərin nümayəndələri ilə görüş keçirilib.

Unikal.org xəbər verir ki, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının iclas zalında baş tutan görüşü Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov açaraq ölkədə həyata keçirilən gənclər siyasətindən bəhs edib.

Eyni zamnada son illər ərzində ölkədə yerli və beynəlxlaq əhəmiyyətli layihələrin, tədbir və idman yarışların keçirilməsi haqqında məlumat verdi. Millət vəkili Cavid Osmanov Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkə gənclərinə göstərdiyi xüsusi diqqət və qayğının hər zaman yüksək səviyyədə olduğunu və bu siyasətin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu  qeyd etdi. Bildirdi ki, ulu öndər Heydər Əliyev gənclərə həmişə diqqət və qayğı ilə yanaşıb, onların problemlərinin həllinə çalışırdı. Ümummilli Liderin bu siyasəti hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda müasir gənclər siyasətinin 1994-cü ildən başlandığını vurğulayan Cavid Osmanov bildirdi ki, məhz həmin il Ulu Öndər Gənclər və İdman Nazirliyini yaratdı. Gənclər və İdman Nazirliyinin yaradılması çox əlamətdar hadisə oldu və Azərbaycanda gənclər siyasəti məhz 1994-cü ildən icra edilməyə başlanıldı. Bütün çətinliklərə baxmayaraq, Ulu Öndərin çox düzgün qərarı Azərbaycanda gənclər üçün yeni imkanlar açdı, yeni şərait yaratdı. Ondan sonra da müvafiq qərarlar qəbul edildi, göstərişlər verildi. 1999-cu ildə dövlət gənclər siyasəti haqqında Fərman imzalandı. 2005-ci ildən bu günə qədər gənclərlə bağlı üç Dövlət Proqramı qəbul edilmişdir. Bölgələrdə 40-a yaxın Gənclər Mərkəzi yaradılıb. Bu gün ölkəmizdə 44 Olimpiya İdman Mərkəzi vardır ki, orada məşq edənlərin əksəriyyəti məhz gənclərdir.

1997-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Gənclər gününün Azərbaycanda artıq 22 ildir ki, qeyd olunduğunu söyləyən millət vəkili Azərbaycan gənclərinin cəmiyyətimizin fəal hissəsi olduğunu və haqlı olaraq gənclərimizlə fəxr edildiyini bildirdi. 
Cavid Osmanov Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə daxili vəziyyətin sabit olduğunu, bu gün Azərbaycanın dünya miqyasında ən sabit ölkələrdən birinə çevrildiyini və bu daxili sabitliyin qorunmasının hər bir ölkə vətəndaşının, o cümlədən gənclərin əsas vəzifəsi olduğunu bildirdi. 

Millət vəkili Azərbaycanın müstəqil dövlət kimi mövcud olması və davamlı inkişaf mərhələsi keçməsindən ciddi narahatlıq keçirən bəzi dairələrin olmasını görüş iştirakçılarının diqqətinə çatdıraraq qeyd etdi ki, ölkə müstəqillik əldə etdiyi ilk illərdə Azərbaycana rəhbərlik edən naşı şəxslər, xüsusilə də AXCP-Müsavat cütlüyünün ölkədə hakimiyyətdə olduqları zaman törətdikləri özbaşınalıqlar daxildə xaos və anarxiya yaratmış, xarici düşmənlərin isə, xüsusilə də təcavüzkar Ermənistanın torpaqlarımızın işğal olunması üçün fürsət yaratmışdı. Bütün bunların nəticəsində müstəqil Azərbaycan olmazın məhrumiyyətlərlə üz-üzə qalmış və demək olar ki, bu gün də təsiri hiss olunan ağır problemlərlə üzləşmişdir. Lakin xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev qısa müddət ərzində ölkədə nizam-intizam yaratmış xalqın həyatını öz axarına qaytarıb. 

Həmin qüvvələr bu gün də Azərbaycana qarşı qarayaxma kampaniyası apamağa, ölkənin nüfuzuna xələl gətirməyə çalışırlar. Lakin həmin qüvvələr unudurlar ki, Azərbaycan artıq 90-cı illərin zəif Azərbaycanı deyil. Əgər kimsə Azərbaycana, onun dövlətçiliyinə qarşı çıxarsa qarşısında xalq-iqtidar birliyini görəcəkdir.

Görüşdə Azad Gözəlov, Tural Səfərov, Yunis Nəcəfov, Turanə Şıxəliyeva, Vüsal Davudov, Dilarə Manafova, Anar Şahmuradov və Sevindik Abduxalıqov çıxış edərək  bu ilin fevral ayının 1-də Bakı şəhərində keçirilən Respublika Gənclərinin toplantısındakı iştiraklarından danışdılar və toplantıdan olan xoş təəssüratlarını  görüş iştirakçıları ilə bölüşdülər. Hər zaman gənclərin himayədarı olan Prezidentimiz İlham Əliyevin toplantıdakı proqram məzmunlu çıxışında qarşıya qoyulan vəzifələri layqincə yerinə yetirəcəklərinə söz verən gənclər dövlətimizin gənclərə olan qayğısından, həyata keçirilən tədbir və layihələrdə dövlətimizin dəstəyilə gənclərin yaxından iştirak etməsindən söhbət açdılar. Bildirdilər ki, bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər. Eyni zamanda radikal müxalifətin dağıdıcı fəaliyyətini pisləyən gənclər bildirdilər ki, sağlam əqidəli Azərbaycan gəncliyi möhtərəm Prezidentimizin ətrafında sıx birləşib və gələcəyə doğru inamla addımlayırlar.

Sonda Ağdaş rayonunun ictimai-siyasi həyatında və Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatındakı fəaliyyətinə görə bir qrup bir qrup gənc Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının Fəxri fərmanı ilə təltif olundular.