Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,55 dollar azalaraq 48,62 dollar təşkil edib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,40 dollar azalaraq 49,64 dollar olub.
 
Qeyd edək ki, neftin bahalaşmasına səbəb ABŞ dollarının məzənnəsinin möhkəmlənməsi olub.