Bu gün Neft İxrac edən Ölkələrin Təşkilatı – OPEC Vyanada toplaşıb.
Unikal.org-un məlumatına görə, OPEK ölkələri neft hasilatının həcminin dondurulması mövzusunda razılığa gələ bilməyiblər. Bu barədə "Bloomberg" agentliyi Vyanadakı anonim mənbəsinə istinadən məlumat yayıb.
Küveytin neft naziri Anas Xahid Saleh sammitin müsbət şəkildə keçirilidiyini bildirib.
Venesuelanın neft naziri Eulohio del Pino da iclasdan razılıqla ayrılıb.
İndoneziyanın neft naziri Səid Sudirman bəyan edib ki, ölkələr neft hasilatının həcminin dondurulması ilə bağlı razılığa gəlməyiblər.

Qeyd edək ki, OPEK ölkələrinin yeni görüşü noyabrın 30-da Vyanada baş tutacaq.