"Qarabağ" UEFA Avropa Liqasının V turunda Portuqaliya "Sportinq" ilə oyunda sosial layihəyə imza atıb.

Unikal.org xəbər verir ki, Ağdam təmsilçisinin futbolçuları meydana məcburi köçkün olan şəhid ailələrinin övladları ilə çıxıblar.

Onların sırasında "Qarabağ"ın ilk baş məşqçisi, Milli Qəhrəman Allahverdi Bağırovun nəvəsi və 2016-cı ilin Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Raquf Orucovun oğlu da var.