Hindistanın "Camşedpur klubunun 16 yaşının olduğunu iddia edən futbolçusu Gurav Mukinin, araşdırmalardan sonra 28 yaşında olduğu məlum olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Hindistan Futbol Federasiyası saxtakarlıq etdiyi üçün Mukini 6 ay futboldan uzaqlaşdırıb.

Muki "Camşedpur - "Benqaluru matçında vurduğu qolla, Hindistan çempionatında qol vuran ən gənc futbolçu ünvanına sahib olmuşdu. Federasiyanın qərarından sonra Mukinin bu ünvanı da əlindən alınıb.