Bu gün Çempionlar Liqasının qrup mərhələsində V turun oyunlarına yekun vurulacaq.

Unikal.org fanat.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə 8 qarşılaşma keçiriləcək.
A qrupunda "Atletiko" "Monako"nu, Dortmund "Borussiya"sı "Brügge"ni qəbul edəcək. "Atletiko" "Borussiya"nı növbəti raunddan 1 xal ayırırdı. Lakin sonuncular məğlubiyyətlə də istəyinə çatmaq imkanına malikdi. Bunun üçün "Borussiya" uduzmamalıdı.
B qrupunda "Barselona" mərhələ adladığından ikinci vəsiqə üçün mübarizə gedəcək. "Totenhem"in qonağı olacaq "İnter" uduzmasa, adını 1/8 finala yazdıracaq. London təmsilçisi isə mütləq qələbə qazanmalıdı. PSV isə "Barselona" ilə oyunda Avropa Liqasına vəsiqə şansını qorumağa çalışacaq.
Günün mərkəzi qarşılaşması C qrupunda baş tutacaq. PSJ ilk iki pillələrdə qərarlaşan komandalardan uzaqlaşmamaq üçün "Liverpul"la oyunda qələbə qazanmağa çalışacaq. Qrupun digər oyununda "Napoli" evdə "Srvena Zvezda"nın müqavimətini qırmağa çalışacaq.
D qrupunda da maraqlı görüşlər baş tutacaq. Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" Rusiyada "Lokomotiv"in qonağı oldu. İstanbul təmsilçisi növbəti mərhələ şansını davam etdirmək üçün mütləq qələbə qazanmal idi. "Sarı-qırmızılar" heç-heçə edəcəyi təqdirdə Avropa Liqasında mübarizə aparacaqdı. "Lokomotiv"in isə sonuncu pilləni tutacağı artıq rəsmiləşib.
Qrupun digər matçında "Portu" doğma azarkeşlər önündə "Şalke 04"lə ilə üz-üzə gələcək. Meydan sahibləri bu görüşdə bir xal qazanacağı təqdirdə digər görüşün nəticəsindən aslı olmayaraq 1/8 finala yüksələcək.
Qeyd edək ki, dünən "Bavariya" (Almaniya), "Ayaks" (Hollandiya), "Mançester Siti" (İngiltərə), "Real" (İspaniya), "Roma" (İtaliya), "Yuventus" (İtaliya) və "Mançester Yunayted" (İngiltərə) 1/8 finala çıxıb.