Xəbər verdiyimiz kimi, noyabrın 29-da Bakı Olimpiya Stadionunda "Qarabağ UEFA Avropa Liqasının qrup mərhələsindəki son ev oyununda "Sportinqlə üz-üzə gələcək.

Sentyabrdan satışa çıxarılan biletlərə tələbat böyükdür. 

"Qarabağın mətbuat katibi Nurlan İbrahimovun Unikal.org-a verdiyi məlumata görə, matça 10 min bilet satılıb.

Xatırladaq ki, "Qarabağ - "Sportinq matçı 29 noyabrda keçiriləcək və saat 21:55-də başlayacaq. Komandalar arasında ilk görüş Lissabon təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.