Avropa Klublar Assosiasiyası və Avropa Futbol Agentləri Assosiasiyası "Globe Soccer Awards" versiyası üzrə 2018-ci ilin ən yaxşı futbol klubu adına namizədləri açıqlanıb.

Unikal.org xəbər verir ki, "ilin klubu" adına İspaniyadan "Real və "Atletiko, İngiltərədən isə "Liverpul" klubları namizəd olub.

Mükafatlandırma mərasimi 2019-cu ildə, yanvarın 3-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.

"Globe Soccer Awards"ın versiyası üzrə 2017-ci ilin ən yaxşı klubu "Real seçilmişdi.