"Sahibsiz küçə heyvanları ilə bağlı xüsusi layihə hazırlanır.

Bu barədə Unikal.org-un əməkdaşının sualına cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının səlahiyyətlərini icra edən Eldar Əzizov bildirib.

O əlavə edib ki, hazırda sahibsiz heyvanların yerləşdirilməsi üçün xüsusi yerlər tikilir: "Biranda bu məsələni həll etmək mümkün deyil. Bu həyata keçirdiyimiz layihə əsasında tədricən öz həllini tapacaq. Birdəfəlik isə bunun həlli mümkün deyil.

Eldar Əzizov Xəzər Rayon Məhkəməsində rayon icra başçısı Gülağa İslamovun həyətində 300 it saxlayan Eldar Mansurova qarşı iddiasına da münasibət bildirib:

"Bu itlərin saxlanılması üçün Xəzər rayonu, Qala qəsəbəsində 30 sot torpağın ayrılması ilə bağlı xüsusi sərəncam vermişəm və artıq yer də ayırılıb. Sakinlərlə, heyvanları saxlayanların arasında ziddiyət yaranmamalıdır. Onun üçün yer ayrıldı. Artıq həmin ərazidə 300 it saxlamaq mümkün olacaq.

Famil Fərhadoğlu