Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb.

Unikal.org UEFA-nın saytına istinadən xəbər verir ki, 4-cü turun oyunlarından sonra ən yaxşı oyunçu adına Milan Pavkov ("Srvena Zvezda, Serbiya), Kərim Benzema ("Real, İspaniya), Riyad Mahrez ("Mançester Siti, İngiltərə) və Harri Keyn ("Tottenhem, İngiltərə) namizəddir.

Həftənin ən yaxşı qoluna da 4 namizəd var. Bunlar Milan Pavkov ("Srvena Zvezda), Rahim Sterlinq ("Mançester Siti), Kriştiano Ronaldo (Yuventus) və Otavio Edmilsonun ("Portu) qollarıdır.

Qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.