Abşeron rayonunun Saray, Yeni Saray və Ceyranbatan qəsəbələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

"Azərişıq ASC-dən Unikal.org-a verilən məlumata görə, Abşeron rayonu ərazisində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar olaraq bu gün saat 12.30-dan 14.30-a qədər məhdudiyyət tətbiq ediləcək.

Yaranmış narahatçılığa görə "Azərişıq ASC İstehlakçılardan üzr istəyir.