Ağstafada qəza olub.

"Unikal" xəbər verir ki, hadisə rayonun Poylu kəndinə gedən yolda qeydə alınıb.

Hərəkətdə olan "NİVA " ilə "Mercedes" markalı minik maşınları toqquşub.

Qəza zamanı 3 nəfər - 1977-ci il təvəllüdlü Zahid Hüseynov, 1965-ci il təvəllüdlü Fazil Əliyev və 2003-cü il təvəllüdlü Hidayət Cəfərov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov