Kənd təsərrüfatı naziri İnam Kərimov Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sabiq rəisinə yeni vəzifə verib.

Unikal.org-a daxil olan məlumata görə, İ.Kərimovun müvafiq əmri ilə, Azər Süleymanov Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Dövlət Aqrar İnkişaf Mərkəzinə rəis təyin edilib.

Sözügedən xəbəri Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov Unikal.org-a təsdiqləyib.

Qeyd edək ki, bu ilin may ayında kənd təsərrüfatı naziri İnam Kərimovun müvafiq sərəncamı ilə, Azər Süleymanov Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsindən azad edilmişdi.

Hüseyn İsgəndərov