"Real heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Unikal.org xəbər verir ki, "kral klubu Argentinanın "River Pleyt klubunun yarımmüdafiəçisi Eksekiel Palasiosu transfer etmək niyyətindədir. Bu barədə Argentina mətbuatı məlumat yayıb.

Xəbərdə 20 yaşlı futbolçunun yanvar ayında "Reala transfer olunacağı, lakin mövsümün sonunadək "River Pleyt"də icarə əsasında çıxış edəcəyi bildirilib.

"Realın Palasios üçün 20 milyon avro ödəyəcəyi gözlənilir.

Argentinalı futbolçu cari mövsümdə Argentina çempionatında 8 qarşılaşmada iştirak edib və 1 qol vurub.