Vətəndaş 2011-ci ildə 150 min dollara aldığı evə hələdə girə bilmir. Üstəlik bir aydır ki, evinin başqasına satıldığını və təmir edildiyini öyrənib. Binanı inşa edən şirkətdən isə bildirilir ki, satış saxta sənəd əsasında həyata keçirilib. Həmin mənzil əslində 2008 ci ildə rəsmi formada satılıb. Bununla bağlı isə hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Unikal.org xəzərxəbər-ə istiadən məlumat verir ki, vətəndaş 7 il əvvəl alsada hələ də evə girə bilmir. Üstəlik bir ay əvvəl evin həmdə başqasına satıldığı indi həmin şəxsin mənzili təmir etdirdiyini öyrənib.

Bu hadisə Gündüz Gözəlov adlı şəxsin başına gəlib. O 7 il əvvəl Bakı şəhəri Fəzail Bayramov küçəsi 1156 ünvanındakı yeni tikililərdən 150 min dollara 220 kvadratlıq mənzil alıb amma ötən ay evin həmdə başqasına satıldığını öyrənib.

Gündüz Gözəlovun sözlərinə görə bu müddət ərzində bir neçə dəfə binanın inşasını həyata keçirən ''Sahil-Dkompani'' şirkətində olub və evin həqiqətəndə onun adına olduğunu onların sənədlərində də görüb.

Bizdə mənzilin son halıyla tanış olmaq üçün 22-ci mərtəbəyə qalxmaq istəsəkdə bloklara giriş bağlı olduğundan bu mümkün olmadı.

''Sahil-dkompani'' MMC-nin icraçı direktoru Adilağa Hüseynovun sözlərinə görə isə həmin mənzil saxta sənədlə satılıb və buna görə direktor Məzahir Cəfərova bir neçə il əvvəl dələduzluq maddəsi ilə cinayət işi açılıb və həmin şəxs proses müddətinə intihar edib.

Şirkətdən o da bildirilir ki, eyni tarixlərdə bu üsulla daha 6 mənzilin satışı həyata keçirilib buna görə də təsisçilərdən İlham Qasımovun müraciəti ilə Baş Prokurorluq tərəfindən iş araşdırılır.