Oktyabrın 26-da axşamdan 27-si səhər saatlarınadək Quba və Qusar rayonlarının bir sıra dağlıq yaşayış məntəqələrinə qar yağmağa başlayıb.

Unikal.org azərtac-a istinadən xəbər verir ki, ən çox yağıntı Qusarın Ləzə kəndinə düşüb. Burada qarın hündürlüyü 20 santimetrə çatıb. Qubanın Xınalıq kəndində 18, Qırız kəndində isə 15 santimetr təşkil edib.

Hava şəraitinin dəyişməsi ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.
Həmçinin Qax rayonunun İlisu və Sarıbaş kəndlərinin dağlarında tədricən qara çevrilib. Hazırda kəndlərin özündə qar olmasa da, dağlarda az da olsa müşahidə edilir.

Havanın hərarəti əvvəlki günlərlə müqayisədə xeyli aşağı düşüb.