Xəbər verdiyimiz kimi Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Sabir Abdullayev vəzifəsindən azad olunub.

Unikal.org avtosfer.az-a istinadən xəbər verir ki, bu vəzifəyə həmin şöbənin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Məmmədov Hafiz Abbas oğlu təyin edilib.

Qeyd edək ki, keçmiş rəis Sabir Abdullayev bir neçə gün əvvəl nazirin əmri ilə təqaüdə göndərilib.