Xəbər verdiyimiz kimi, Bakıda fahişə qız ərəbin bütün pullarını götürüb qaçıb. Zərərçəkən turist oğurluq hadisəsindən sonra "Torqovı"da maşınlardan birinin üzərinə çıxıb, polisdən kömək istəyib.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər Nazirliyi həmin turistin tapılması və müvafiq araşdırmaların aparılması barədə göstəriş verib.

Nazirikdən bu göstərişindən sonra Səbail Rayon Polis İdarəsinin əməkdaşları paytaxtın Nizami küçəsində həmin turistin tapılması ilə bağlı axtarışlara başlayıblar. İndi polis əməkdaşları avtomobilin üzərinə çıxıb qışqıraraq pulunun oğurlandığını deyən turisti görənlərdən bu barədə Səbail Rayon Polis İdarəsinə məlumat vermələrini xahiş edir.