Şəki Regional Perinatal Mərkəzində daha bir körpə həyatını itirib.
Həftə ərzində isə bu yaşanan ikinci belə haldır. Yenicə ana olan Qəbələ sakini Həşimova Günayın sevinci göz yaşları ilə əvəz olub. Körpəsinin dünyaya gəlməsinə sevinə bilməyib. Onlar uşağın ölümündə həkimləri günahlandırır.
Unikal.org Region TV-yə istinadən xəbər verir ki, körpənin ölü doğulması və ananın ağır durumu ailə üzvlərini həkimlərdən şikayətçi salıb.
Şəki Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, xəstə mərkəzə gətirildikdə vəziyyəti ağır olub və yalnız ananı xilas etmək mümkün olub.
Bir həftə öncə Şəhər Regional Perinatal mərkəzində daha bir körpə də həyatını itirib. Şəki sakini Allahverdiyeva Azadə Ramiz qızının ilk övladı vəfat edib.