Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib. 

Unikal.org  xəbər verir ki, yarış 2022-ci ildə Seneqalın paytaxtı Dakarda təşkil olunacaq.Qərar Beynəlxalq Olimpiya Komitəsinin (IOC) III Yay Olimpiya Oyunlarının keçirildiyi Argentinanın paytaxtı Buenos-Ayresdəki iclasında qəbul olunub. Olimpiadanın Afrika qitəsində keçirilməsi qərarı isə IOC-un fevral ayındakı iclasında qəbul olunub. Seneqal bu yarışa ev sahibliyi etmək üçün yeganə namizəd olub. Qurum oyunların Tunis, Botsvana və Nigeriyada da keçirlməsi variantlarını nəzərdən keçirib.   Qeyd edək ki, Afrika qitəsi ilk dəfə böyük bir olimpiadaya ev sahibliyi edəcək. IV Yay Olimpiya Oyunları 2022-ci ilin may və iyun aylarında baş tutacaq. 

Xatırladaq ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına oktyabrın 18-də yekun vurulacaq. Yarışda Azərbaycanın yeniyetmə cüdoçusu Vüqar Talıbov olimpiya çempionu olub.