2018-ci ildə "qızıl top üçün ilk 5 namizədin bəlli olduğu xəbərini vermişdik.

Unikal.org xəbər verir ki, Fransanın "France Football nəşri növbəti 5 namizədin də adını açıqlayıb.

Növbəti 5 futbolçu olaraq, Tibo Kurtua ("Real), Kriştiano Ronaldo ("Yuventus), Kevin De Bruyne ("Mançester Siti"), Roberto Firmino ("Liverpul") və Dieqo Qodin ("Atletiko") namizəd göstərilib.

"Qızıl topa namizəd göstərilən ilk 5 futbolçu bunlar idi: Kərim Benzema, Qaret Beyl (hər ikisi "Real"), Serxio Aquero ("Mançester Siti), Alisson Bekker ("Liverpul), Edinson Kavani (PSJ).

"Qızıl topun sahibi dekabrın 3-də, dünya idman nəşrlərinin nümayəndələrinin iştirak etdiyi səsvermə nəticəsində seçiləcək.