"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyanın iyunda keçiriləcək görüşündə hər hansı sənəd imzalanmayacaq, bu yöndə yayılan şaiyələr həqiqətəuyğun deyil".
Unikal.org xarici KİV-ə isitinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan mayın 26-da ölkə parlamentindəki çıxışında bildirib.
"Hər hansı sənədin imzalanacağından danışmaq sadəcə tez deyil, həm də elə bir sənəd yoxdur", - deyə o vurğulayıb. 
Qeyd edək ki, Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı bu ilin iyununda Prezident İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarqsyan arasında görüşün keçirilməsi planlaşdırılır.