Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binasının köçürülməsilə bağlı məlumat məlumatlar dolaşmaqdadır. 

Unikal.org xəbər verir ki, icra Hakimiyyətindəki mənbənin modern.az-a verdiyi məlumata görə, bir müddət sonra Meriyanın Bakı şəhəri, İstiqlaliyyət küçəsi 18-də ("İçərişəhər metrostansiyasının yaxınlığında) yerləşən binasının köçürüləcəyi gündəmdədir. Hətta Meriyanın yeni binasının yeri də artıq müəyyənləşib. Bunun üçün ən münasib yer olaraq "Qış parkının yaxınlığı seçilib. Bakı Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən 
Eldar Əzizov bildirib ki, Meriyanın köçürülməsilə bağlı məlumatı yeni eşidir: "Bu barədə ilk sizdən eşidirəm. Amma istənilən halda çox maraqlı məlumatdır. Dəyərləndirmək olar.