Azərbaycan ordusunun tabor və divizion komandirləri, o cümlədən qərargah rəisləri ilə keçirilən toplanışlar başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, təlim mərkəzlərində atəş, taktiki-xüsusi və fiziki hazırlıq üzrə keçirilən məşğələlərdə zabitlərin bilik və praktiki vərdişləri qiymətləndirilib, həmçinin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri yoxlanılıb.